AZ

Sürücülərə hansı hallarda yağı dəyişmək mütləqdir?VİDEO

Avtomobil yağını fəsilə görə seçmək ciddi fəsadlara yol aça bilər.

Xezerxeber.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusi "qış" yağlarına yalnız ekstremal şaxtaların hökm sürdüyü bölgələrdə, temperaturun tez-tez -35 dərəcədən aşağı düşdüyü ərazilərdə ehtiyac yarana bilər.

Avtomobil ustası Ruslan Əliyevin sözlərinə görə, keçmişdə istifadə olunan mineral yağlar temperatur dəyişikliyinə qarşı həssas idi. Lakin, bugünkü sintetik və yarımsintetik yağlar həm yayın istisində, həm də qışın soyuğunda öz keyfiyyətini itirmir. Əsas məsələ yağın fəslə yox, istehsalçının tələbinə uyğun olmasıdır. Səhv seçim isə mühərrikin sıradan çıxmasına səbəb ola bilər.

Mütəxəssislər vurğulayırlar ki, mühərriki qorumaq üçün mövsümə yox, texniki qulluq vaxtına nəzarət etmək lazımdır. Vacib olan məsələ filtrlərin vaxtında dəyişdirilməsi və orijinal məhsuldan istifadədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
4
xezerxeber.az

1Mənbələr