Bakı. Trend:
Rusiyanın Krasnoyarsk vilayətinin Evenki rayonunda fəaliyyətgöstərən Kerbo meteoroloji stansiyası son sutka ərzində planetin ənsoyuq nöqtəsi kimi qeydə alınıb.
Trend xəbər verir ki, bubarədə Rusiya Hidrometeorologiya Mərkəzi açıqlama yayıb.
Bildirilir ki, stansiyada havanın temperaturu rekord səviyyəyəenərək mənfi 48,5 dərəcə təşkil edib.
Gündəlik minimum temperatur göstəriciləri üzrə dünya siyahısındaikinci və üçüncü yerlər də Rusiyanın yaşayış məntəqələrinə məxsusolub.
Belə ki, Yakutiyanın Lenski rayonunda yerləşən Komakameteoroloji stansiyasında temperatur mənfi 47,9 dərəcəyədək düşüb,Olenyok rayonunun Şelaqontsı kəndində isə mənfi 47,3 dərəcə şaxtamüşahidə edilib.