AZ

Azərbaycan gəncliyi bu günün, sabahın qurucusudur

Bakı. Trend:

Azərbaycan gəncliyi ölkənin bu günü və sabahı, dövlətin davamlıinkişafının əsas dayağıdır. Məhz bu baxımdan hər il 2 fevraltarixinin ölkəmizdə Gənclər Günü kimi qeyd olunması yalnız təqvimhadisəsi deyil, gəncliyə verilən yüksək dəyərin, etimadın vəstrateji baxışın təzahürüdür. Bu əlamətdar gün gənclərin cəmiyyətinbütün sahələrində artan rolunu, onların intellektual, sosial vəvətənpərvər potensialını ön plana çıxarır.

2 Fevral Gənclər Günü müstəqil Azərbaycan tarixində mühüm birmərhələ ilə bağlıdır. 1996-cı il fevralın 2-də Ümummilli LiderHeydər Əliyevin təşəbbüsü ilə keçirilən Azərbaycan Gənclərinin IForumu gənclər siyasətinin sistemli şəkildə formalaşmasının əsasınıqoymuşdur. Məhz bu forumdan sonra gənclərlə bağlı dövlət siyasətiardıcıl və məqsədyönlü xarakter almış, 1997-ci ildən etibarən 2fevral rəsmi olaraq Azərbaycan Gəncləri Günü elan edilmişdir.

Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətininprioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevinrəhbərliyi ilə həyata keçirilən islahatlar gənclərin təhsilə,məşğulluğa, sahibkarlığa, innovasiyalara və ictimai-siyasi həyataaktiv cəlb olunmasını təmin edir. Gənclər üçün yaradılan təqaüdproqramları, beynəlxalq təhsil imkanları, startap və könüllülüklayihələri onların dünyagörüşünün genişlənməsinə vərəqabətqabiliyyətli kadr kimi formalaşmasına xidmət edir.

Azərbaycan gəncliyi xüsusilə son illərdə tarixi sınaqlardanüzüağ çıxaraq öz vətənpərvərliyini, milli ruhunu və dövlətəsədaqətini nümayiş etdirmişdir. Vətən müharibəsi dövründə gənclərhəm döyüş meydanında, həm də informasiya cəbhəsində böyükfədakarlıq göstərmiş, ölkənin ərazi bütövlüyünün bərpasında mühümrol oynamışlar. Bu, gəncliyin yalnız gələcəyin deyil, həm də bugünün aparıcı qüvvəsi olduğunu bir daha sübut etdi.

Müasir dövrdə qloballaşma, texnoloji yeniliklər və sürətlədəyişən dünya reallıqları gənclər qarşısında yeni vəzifələr qoyur.Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərə sadiq qalmaqla yanaşı,çağdaş biliklərə yiyələnməli, elmi-texniki tərəqqinin fəaliştirakçısına çevrilməlidir. Dövlətin yaratdığı imkanlardansəmərəli istifadə edən gənclər ölkənin beynəlxalq nüfuzununartmasına da mühüm töhfə verirlər.

2 Fevral – Gənclər Günü gənclərin cəmiyyət qarşısındaməsuliyyətini xatırladan, onların potensialına inamı gücləndirən vəgələcəyə nikbin baxışı təşviq edən əlamətdar gündür. Bu gün birdaha təsdiq edir ki, güclü dövlətin təməlində savadlı, fəal,vətənpərvər və təşəbbüskar gənclik dayanır. Azərbaycan gəncliyi isəbu yüksək etimadı doğrultmağa, ölkənin inkişaf yolunda inamlairəliləməyə qadirdir.

Milli Məclisin deputatı,

Əminə Ağazadə

Məqalədə:
Seçilən
20
7
az.trend.az

10Mənbələr