AZ

Yasamal 2 nəfərin belə yerləşə bilmədiyi liftdən ŞİKAYƏTVİDEO

Bu liftin içərisi o qədər darısqaldır ki, 2 nəfər zorla sığır... Liftə uşaq arabası və ya əlilliyi olan şəxslər üçün nəzərdə tutulan təkərli oturacaqla daxil olmaq mümkün deyil...

Xezerxeber.az xəbər verir ki, görüntülər Yasamal rayonu, Zahid Xəlilov 64 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasındandır. Burada yaşayan sakinlər deyirlər ki, 5 il öncə köhnə olan 2 liftdən biri sökülüb, digəri isə yenisi ilə əvəzlənib. Lakin, yeni lift çox balacadır və tez-tez xarab olur.

Ən böyük çətinliyi isə binada yaşayan əlliyi olan, təkərli oturacaq istifadə edən şəxslər çəkir. Məsələn, Ülkər xanım uzun müddətdir ki, təkərli oturacaq liftə sığmadığı üçün həyətə düşə bilmir.

Bakı Lift-Təmir İstehsalat Birliyindən "Xəzər Xəbər"ə bildirildi ki, sakinlərin xahişi əsasında binadakı liftlərə baxış keçiriləcək. Daha sonra lazımi tədbirlərin görülməsi üçün qərar veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
14
xezerxeber.az

1Mənbələr