Almaniya potensial təhlükə ilə əlaqədar ölkənin aviaşirkətlərinə İran hava məkanında uçuşlardan çəkinməyi tövsiyə edib. Bu barədə Berlin Uçuş Məlumat Bölgəsi məlumat yayıb.
Qurumun mənbəsinin bildirdiyinə görə, xəbərdarlıq fevralın 10-dək qüvvədədir və Almaniyada qeydiyyatdan keçmiş bütün aviaşirkətlərə göndərilib.
Mənbə qeyd edib ki, tövsiyə regionda mövcud təhlükəsizlik riskləri ilə bağlıdır.