AZ

Bakı-Qazax yolunda işıqlandırma PROBLEMİVİDEO

Dirəklər var, amma işıq yox..

Xezerxeber.az xəbər verir ki, Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində uzun müddətdir işıqlandırma problemi yaşanır. Qaracallı, Alpi, Quləbənd, Qaradağlı, Qaziqumlaq və digər kəndlərin ərazisindən keçən magistralda işıq dirəkləri mövcud olsa da, onların əksəriyyəti işləmir. Nəticədə yol gecə saatlarında tam qaranlıq vəziyyətdə qalır.

Sürücülər deyirlər ki, xüsusilə qış aylarında, dumanlı və yağışlı havalarda vəziyyət daha da təhlükəli olur. Yolun nə asfalt örtüyü, nə də xətlər görünür.

Sakinlərin sözlərinə görə, problem illərdir davam edir. əvvəllər yol işıqlandırılsa da, sonradan işıqlar tamamilə söndürülüb. Eyni magistral yolun digər rayonlardan keçən hissələrində işıqlandırmanın işlək vəziyyətdə olması, Ucar ərazisində isə yanmaması sual yaradır.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, yolun bəzi hissələrində bu cür vəziyyət müşahidə olunur. Problemin aradan qaldırılması ilə bağlı təkliflər hazırlanıb. Maliyyə vəsaiti ayrıldıqdan sonra işıqlandırma sisteminin bərpası nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
27
xezerxeber.az

1Mənbələr