AZ

Orbandan avropalılara TƏCİLİ XƏBƏRDARLIQ

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqa daxil olmasının qaçılmaz olaraq ittifaq ərazisinə müharibə gətirəcəyi barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, o, bu barədə "X" sosial media platformasında paylaşım edib.

O, Mərkəzi Avropa xalqlarını müdrik davranmağa, Qərbi Avropa xalqlarını isə bu planı dəstəkləyən liderlərinə qarşı çıxmağa çağırıb.

"Bu döyüşdə qalib gəlmək lazımdır. Avropa xalqı onlara bu qədər pul göndərmək və onları Aİ-də görmək istəmir", - Orban yazıb.

O, macarlar və digər Mərkəzi Avropa xalqları ağıllı hərəkət etsələr, belə bir ssenarinin qarşısının alına biləcəyini vurğuıayıb.

Seçilən
26
publika.az

1Mənbələr