AZ

KİV: İsrailin Qəzzaya hava hücumlarında 32 nəfər ölüb - YENİLƏNİB-1

İsrailin ötən gecədən bəri Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 32-yə çatıb.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Qəzzadakı səhiyyə qurumunun açıqlamasında isə bildirilib ki, 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlarda ölənlərin sayı 71769-a çatıb.

Bildirilib ki, 10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən sonra hücumlar nəticəsində 509 nəfər ölüb, 1405 nəfər yaralanıb.

***

17.54

İsrailin ötən gecədən bəri Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 28 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilib ki, həlak olanlar arasında qadın və uşaqlar da var.

“Zərbələr HƏMAS və İslami Cihad terror qruplaşmalarının dörd komandirini, həmçinin bir silah anbarı, bir silah istehsalı sahəsi və iki raket atma mövqeyini hədəf alıb”,- məlumatda qeyd edilib.

Günay Elşən

***

14.33

İsrailin ötən gecədən bəri Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 22 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Qeyd edək ki, İsrailin hərbi hava qüvvələri ötən gecədən bəri Qəzza zolağında HAMAS hədəfləri zərbələr endirir.

HAMAS bu hücumları atəşkəsin ciddi şəkildə pozulması hesab edir.

Seçilən
3
6
apa.az

10Mənbələr