Bakı. Trend:
Misli Premyer Liqasında XXIII turun növbəti oyunlarıkeçirilib.
Trend xəbər verir ki, əvvəlcə"Kəpəz" və "Şamaxı" komandaları üz-üzə gəlib. Görüş qonaqların 2:0hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ikinci görüşündə "Sabah" səfərdə "Zirə" ilə qarşılaşıb. Bumatçda da qonaqlar sevinən tərəf olublar - 3:1.
Bu nəticədən sonra xallarını 43-ə çatdıran "Sabah" liderliyinimöhkəmləndirib.
"Zirə" isə 29 xalla 5-ci pillədə qalıb.