AZ

Hücumlar səhər tezdən başladı: 29 nəfər öldü

Səhər tezdən İsrail ordusunun Qəzza zolağının müxtəlif ərazilərinə hücumları nəticəsində 29 nəfər həlak olub.

Turkustan.az xəbər verir ki, İsrail ordusu İsrailin cənubundakı Xan Yunisin Asda bölgəsindəki məcburi köçkün mülki şəxslərin qaldığı çadırı dronla hədəfə alıb. Nasser Xəstəxanasının tibb işçiləri hücum nəticəsində eyni ailənin yeddi üzvünün öldüyünü, altı nəfərin isə yaralandığını bildiriblər.

İsrailin Qəzza şəhərinin qərbindəki Rimal məhəlləsindəki bir mənzili hədəf alan hava hücumunda üç uşaq və iki qadın da daxil olmaqla beş nəfər həlak olub, çoxlu sayda insan yaralanıb. Yerli səhiyyə mənbələri Qəzza zolağının şimalındakı Cəbəliya şəhərində İsrail ordusunun açdığı atəş nəticəsində bir nəfərin öldüyünü bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
18
turkustan.az

1Mənbələr