AZ

Xameneinin müşaviri: Genişmiqyaslı müharibə ssenarisi hazırlamışıq

BAKI, 31 yanvar. TELEQRAF

“İran ona hücum ediləcəyi təqdirdə düşmənə təkcə dənizdə deyil, daha geniş miqyasda da cavab verməyə hazırdır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin ölkə ətrafında hərbi qüvvə yerləşdirməsi fonunda İranın Ali rəhbəri Əli Xameneinin müşaviri Əli Şamxani deyib.

“Qarşıdurma zonasını yalnız dənizlə məhdudlaşdırmırıq, daha genişmiqyaslı ssenarilərinə hazırlaşmışıq”, - o vurğulayıb.

Şamxani iddia edib ki, İran düşmən qüvvələrinin əməliyyat planını bilir, Tehran vəziyyətə nəzarət edir və uyğun anda zərbə endirəcək.

Seçilən
30
2
teleqraf.com

3Mənbələr