AZ

Ankaradan Tehranı sevindirən həmlə: Trampdan sonra hərəkətə keçildi

İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı iki ölkəni maraqlandıran regional məsələlərin müzakirə edildiyini bildirib.

Əraqçi həmçinin bölgədə sülh və sabitliyin bərqərar olması istiqamətində göstərdiyi səylərə görə Türkiyəyə təşəkkür edib. O, İranın heç vaxt nüvə silahı əldə etmək niyyətində olmadığını vurğulayıb.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Abbas Əraqçinin Türkiyə səfəri Ankaranın ABŞ-la İran arasındakı vasitəçilik cəhdlərinə əsaslanırdı:

“Rəcəb Tayyib Ərdoğan yanvarın 27-də ABŞ Prezidenti Donald Trampla telefonda danışdı. O, Ankaranın problemin həlli üçün vasitəçilik missiyasını həyata keçirməyə hazır olduğunu vurğuladı. Ümumiyyətlə, Türkiyə İrana qarşı hərbi əməliyyatların əleyhinədir. ABŞ-la bu müstəvidə diplomatik danışıqlar aparır. Tehranla Vaşinqton arasında mərhələli şəkildə razılaşmanın əldə olunmasına çalışır.

mehemmed
Məhəmməd Əsədullazadə

İran da rəsmi Ankaranın müharibənin əleyhinə olduğunu bilir. Hətta Türkiyə İranda etiraz aksiyalarının davam etdiyi müddətdə İraqdan bu ölkəyə kürd terrorçularının sızmasının qarşısını aldı. İranın ən çətin vaxtlarında Türkiyə ona dəstək olub, Tehrana qarşı sanksiyalara qoşulmayıb. İki ölkə onşuluq münasibətlərinə önəm verir. Hazırda da eyni xətt davam edir. İrana qarşı hərbi əməliyyatlar baş verərsə, Türkiyə öz ərazilərindən hücum məqsədilə istifadəyə imkan verməyəcək. Artıq İran Türkiyəyə arxayındır”.

Seçilən
15
editor.az

1Mənbələr