AZ

TÜrkiyədə bu məşhurlar saxlanıldı

Türkiyədə aparılan istintaq çərçivəsində həyata keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb.

Metbuat.az Türkiyə mediasina istinadən xəbər verir ki, İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən aparılan istintaq işi çərçivəsində İstanbul, Ankara, Muğla və Yalova vilayətlərində (cəmi 21 ünvanda) axtarış və saxlama tədbirləri icra olunub. Nəticədə narkotik və silah-sursat ələ keçirilib.

Saxlanılan məşhurların siyahısında Hasan Can Kaya, Yusuf Aktaş, Emirhan Çakal, Mazlum Aktürk Mert, Eren Bülbül, Sıla Dündar, Döndü Şahin, Burak Güngör, Ahmet Can Dündar, Bercan Güven, Fırat Yaylanın da adları var.

Ölkə xaricində olduqlarına görə, haqqında qiyabi saxlanılma qərarı çıxarılan məşhurlar da (Enes Batur Sungurtekin, Barış Murat Yağcı, Ecenaz Üçer, Kemal Can Parlak, Çağrı Taner, Turgut Ekim, Barbaros Dikmen, Yaren Alaca, Nisa Bölükbaşı) var.


Seçilən
11
10
metbuat.az

10Mənbələr