AZ

Dias “Mançester Yunayted”in maraq dairəsinə düşdü

“Barselona”nın vingeri Rafinya Dias “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

Publika.az xəbər verir ki, İngiltərə nəhəngi braziliyalı futbolçunun yay transfer pəncərəsində heyətə cəlb olunması imkanını nəzərdən keçirir. “El Nacional”ın məlumatına görə, “qırmızı şeytanlar” 29 yaşlı ulduz üçün təxminən 95 milyon avro təklif etməyə hazırdır.

Rafinyanın “Barselona” ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 80 milyon avro olaraq qiymətləndirir.

Seçilən
25
22
publika.az

10Mənbələr