ABŞ Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat təyyarəsi İran hava məkanına yaxın ərazidə müşahidə olunub
NOCOMMENT.az xəbər verir ki, Flightradar24 platformasının məlumatına əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi İranın hava məkanına yaxın bölgədə qeydə alınıb.
Monitorinq resursları Amerika ordusunun “Boeing P-8A Poseidon” tipli sualtı qayıqlara qarşı patrul və kəşfiyyat təyyarəsinin Fars və Oman körfəzləri üzərində uçuş həyata keçirdiyini bildirir. Uçuş marşrutu İranın dövlət sərhədlərinə yaxın məsafədən keçib.
Məlumatlara görə, sözügedən hava gəmisi Bəhreyn ərazisindən havaya qalxıb. ABŞ tərəfi uçuşun məqsədi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, son dövrlər ABŞ hərbi aviasiyasının Yaxın Şərq regionunda aktivliyi diqqət çəkir və bu cür uçuşlar regionda gərginliyin fonunda izlənilir.
Aliyə