AZ

BMT iyul ayına kimi müflis ola bilər – Quterreş

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatı müflisləşmə təhlükəsi iləüz-üzədir və iyul ayına kimi maliyyə ehtiyatları tükənə bilər.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə BMT-nin Baş Katibi AntonioQuterreş xəbərdarlıq edib.

BMT-nin baş katibi Antonio Quterreş ölkələri ödənişlərinivaxtında həyata keçirməyə çağırıb. Baş katibin sözlərinə görə, BMTüzv dövlətlərin bəzilərinin məcburi töhfələrini tam şəkildəödəməməsi, digərlərinin isə vaxtında ödəməməsi səbəbindən xronikibüdcə problemləri ilə üzləşir, bu isə təşkilatı işə qəbul prosesinidayandırmağa və ixtisarlar etməyə məcbur qoyur.

“Ya bütün üzv dövlətlər öhdəliklərini tam və vaxtında yerinəyetirməli , ya da üzv dövlətlər gözlənilən maliyyə çöküşününqarşısını almaq üçün maliyyə qaydalarımızı köklü şəkildə yenidənnəzərdən keçirməlidirlər,” – Quterreş bildirib

BMT-nin məlumatına görə, 2025-ci ilin sonunda təxminən 1,6milyard dollar məbləğində ödənilməmiş töhfələr qeydə alınıb ki, buda 2024-cü illə müqayisədə iki dəfədən çoxdur, hərçənd 150-dən çoxüzv dövlət öz ödənişlərini həyata keçirib.

Seçilən
42
8
az.trend.az

10Mənbələr