AZ

Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb

Türkiyədə aparılan istintaq çərçivəsində həyata keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb.

APA Türkiyə mediasina istinadən xəbər verir ki, İstanbul prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində bir çox ünvanda eyni vaxtda əməliyyat həyata keçirilib.

Prokurorluq tərəfindən əməliyyatla bağlı yayılan açıqlamada bildirilib ki, “İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən aparılan istintaq işi çərçivəsində yanvarın 31-də saat 07:00-dan etibarən İstanbul, Ankara, Muğla və Yalova vilayətlərində (cəmi 21 ünvanda) axtarış və saxlama tədbirləri həyata keçirilib. Nəticədə narkotik və silah-sursat ələ keçirilib.

Saxlanılan məşhurların siyahısında Hasan Can Kaya, Yusuf Aktaş, Emirhan Çakal, Mazlum Aktürk
Mert, Eren Bülbül, Sıla Dündar, Döndü Şahin, Burak Güngör, Ahmet Can Dündar, Bercan Güven,
Fırat Yaylanın da adları var.

Ölkə xaricində olduğuna görə, haqqında saxlanılma qərarı çıxarılan məşhurlar da var. Onların aşağıdakılar olduğu bildirilir:

Enes Batur Sungurtekin
Barış Murat Yağcı
Ecenaz Üçer
Kemal Can Parlak
Çağrı Taner
Turgut Ekim
Barbaros Dikmen
Yaren Alaca
Nisa Bölükbaşı


Seçilən
22
10
apa.az

10Mənbələr