Roberto De Zerbi işini itirməyə çox yaxındı.
"Football-plus.az" xəbər verir ki, “Marsel”in rəhbərliyi baş məşqçi ilə yolları ayırmaq haqda düşünür. Buna komandanın Çempionlar Liqasındakı uğursuzluğu səbəb olub. Turnirin liqa mərhələsinin sonuncu turunda “Brügge”yə 0:3 hesabı ilə məğlub olan “Marsel” yekun turnir cədvəlində 25-ci yeri tutaraq avrokuboklarla vidalaşıb.
Məlumata görə, italyalı mütəxəssisin istefaya göndərilmə ehtimalı yüksəkdi. Komanda Fransa çempionatında “Paris”lə oyuna hazırlaşsa da, De Zerbi futbolçularla məşqə çıxmayıb. Onun hazırda klub rəhbərliyi ilə gələcəyi barədə danışıqlar apardığı bildirilir.
“Marsel” Liqa 1-də 19 turdan sonra 38 xalla 3-cü yeri tutur və lider PSJ-dən 7 xal geri qalır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta