AZ

“Cavabımız şokedici olacaq” -

“İrana qarşı hücum olarsa, cavabımız güclü və şokedici olacaq”.Metbuat.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “CNN Türk” kanalına müsahibəsində deyib. Əraqçi bildirib ki, ABŞ 12 günlük müharibə zamanı qarşıya qoyduğu hədəflərə çata bilməyib və sonda atəşkəs üçün Tehrana müraciət etmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, İranın ballistik raket potensialı qorunub saxlanılıb və ölkə hərbi baxımdan daha yüksək hazırlıq səviyyəsindədir.

Nazir vurğulayıb ki, mümkün hücum halında İranın cavabı sərt və gözlənilməz olacaq və bu, Vaşinqtona verilən ən açıq mesajdır.

Seçilən
21
metbuat.az

1Mənbələr