Misli Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində dekabr ayının ən yaxşı qolunun müəllifi Ryonosuke Ohori mükafatlandırılıb.
QOL.az xəbər verir ki, "Kəpəz" klubunun futbolçusuna mükafat Misli Premyer Liqasının 18-ci turunun "Kəpəz" – "Şamaxı" görüşündən əvvəl təqdim olunub.
Mükafatı ona "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov verib.
