AZ

Ötən il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 6 milyard dollara yaxınlaşıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycanla Türkiyə arasında ticarətəməliyyatlarının həcmi 5,721 milyard ABŞ dolları təşkil edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə409,3 milyon ABŞ dolları və ya 6,7% azdır.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 11,58%-i həcmində olub. Bununla daTürkiyə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarətəməliyyatları apardığı ölkələr sırasında 2-ci pillədəqərarlaşıb.

Ötən il Azərbaycandan Türkiyəyə 3,378 milyard dollarlıq məhsulixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 441,6 milyon ABŞdolları və ya 11,6% azdır.

Dövr ərzində Türkiyəyə ixrac əməliyyatlarının 118 milyon ABŞdolları bitumlu süxurlardan alınmış xam neft və xam neftməhsullarının payına düşüb. Bu dəyərdə sözügedən məhsulların həcmiisə 242,6 min ton təşkil edib. Əvvəlki ilin eyni dövründəAzərbaycandan Türkiyəyə sözügedən məhsulların ixracında dəyərifadəsində 114,4 milyon ABŞ dolları və ya 49,2%, həcm baxımındanisə 187,9 min ton və ya 43,6% azalma qeydə alınıb.

Eyni zamanda 2025-ci ildə Azərbaycandan Türkiyəyə 597,3 milyonABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da2024-cü illə müqayisədə 55 milyon ABŞ dolları və ya 10,1% çoxdur.Azərbaycanın qeyri-neft məhsulları ixracında Türkiyənin payı 16,46%təşkil edib. Bununla da Türkiyə Azərbaycanın ən çox qeyri-neftməhsulları ixrac etdiyi ölkələr sırasında Rusiyadan sonra 2-cipillədə qərarlaşıb.

Hesabat ilində Türkiyədən Azərbaycana isə 2,343 milyard ABŞdolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cüillə müqayisədə 32,3 milyon ABŞ dolları və ya 1,4% artımdeməkdir.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın,24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyarddollar və ya 15,8% artıb.

Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3dəfə azdır.

Seçilən
74
4
az.trend.az

10Mənbələr