Ukraynanın elektrik şəbəkəsində yaşanan problemlərə görə, Moldovanın enerji sistemində kəsinti yaşanıb.
APA “Reuters”ə istinadən xəbər verir ki, paytaxt Kişinyov və ölkənin digər bölgələrində enerji verilişində fasilələr qeydə alınıb.
Moldovanın energetika nazirliyinin bildirdiyinə görə, iki ölkə arasında müştərək xəttin Ukraynaya düşən hissəsində olan problemlər Moldovada elektrik xətlərinin birində elektrik axınının aşağı düşməsinə səbəb olub.
Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında vəziyyətdən xəbərdar olduğunu və bütün lazımi tədbirlərin görülməkdə olduğunu, elektrik təminatının bərpası üçün işlər aparıldığını bildirib.
Qeyd edək ki, şəbəkədə yaranan texniki problemlərə görə Ukraynanın paytaxtı Kiyev və digər bölgələrdə metro, trolleybus və bir sıra digər xidmətlər dayandırılıb.