Azərbaycan Premyer Liqasının XVIII turunda “Zirə” doğma meydanda “Sabah”ı qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq. Qəsəbə təmsilçisində İssa Cibrila zədə səbəbindən meydana çıxa bilməyəcək.
“Sabah”da isə iki futbolçu bugünkü matçda çıxış edə bilmir. Pavol Şafranko və Coy-Lens Mikels zədəlidir.
Komandaların heyətində cəzalı futbolçu yoxdur.
“Zirə” – “Sabah” qarşılaşması bu gün saat 17:00-da start götürəcək.