AZ

Əri tərəfindən amansızcasına döyülərək xəsarət yetirilən qadının SON DURUMU

Ağdam rayonunun Mahrızlı kəndində ailə münaqişəsi zamanı xəsarət alan qadının vəziyyəti açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Bizim.Media-ya Ağdam Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, 31.01.2026-cı il tarixində saat 10:00 radələrində 1 nəfər (qadın) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
 

1975-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, başın və bədənin müxtəlif nahiyələrinin çapılmış, kəsilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.


Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Milli.Az

Seçilən
10
milli.az

1Mənbələr