"Vest Hem"in braziliyalı yarımmüdafiəfisi Lukas Paketa karyerasını ölkəsində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 28 yaşlı futbolçu "Flamenqo"ya transfer olunub.
Məlumatı Braziliya klubunun mətbuat xidməti yayıb. Paketa ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
A Seriyası təmsilçisi bu transfer üçün 42 milyon avro ödəyəcək. Bu, Braziliya futbolu tarixində yerli klubun etdiyi ən yüksək məbləğli transferdir.
Nihat