AZ

“Kəpəz” və “Şamaxı” Azərbaycan Premyer Liqasının 18-ci turunda 40-cı dəfə üz-üzə gəlir

Misli Premyer Liqasının 18-ci turunda “Kəpəz” və “Şamaxı” komandaları 40-cı dəfə üz-üzə gələcək.

İdman.Biz xəbər verir ki, bugünkü matç komandalar üçün yubiley xarakteri daşıyır.

Əvvəlki 39 qarşılaşmada Gəncə təmsilçisi 10 qələbə qazanıb, hazırkı qonaqlar isə 19 dəfə üstün olublar. 10 oyunda heç-heçə qeydə alınıb. Toplar nisbətində də “Şamaxı”nın üstünlüyü nəzərə çarpır - 63:42.

Qeyd edək ki, “Kəpəz” - “Şamaxı” oyunu bu gün saat 14:30-da start götürəcək.

İdman.Biz
Məqalədə:
Seçilən
14
idman.biz

1Mənbələr