Bolqarıstanın “Ludoqorets” və Macarıstanın “Ferentsvaroş” komandaları Avropa klubları tarixində bir mövsümdə bir-biri ilə beş oyun keçirən ilk klublar olacaqlar.
Publika.az xəbər verir ki, bu barədə “Opta Sports” məlumat verib.
Komandalar ilk dəfə avqust ayında Çempionlar Liqasının seçmə mərhələsində iki dəfə qarşılaşıblar və “Ferentsvaroş” qələbə qazanıb (evdə 3-0, səfərdə isə 0-0).
Noyabr ayında “Ferentsvaroş” və “Ludoqorets” Avropa Liqasının qrup mərhələsində qarşılaşdılar. Macarlar yenə evdə qalib gəldilər (3-1).