AZ

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində kollegiya iclası keçirilib  

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində 2025-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentliyin rəisi general-mayor Sərdar Səfərov ötən ilin yekunları ilə bağlı çıxış edib.

Kollegiya iclasında hesabat dövründə agentliyin struktur bölmələri tərəfindən görülmüş işlərə dair məruzələr dinlənilib, 2026-cı ildə agentliyin fəaliyyətinin təkmilləşdirilməsi, qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icrası, hərbi qulluqçuların döyüş hazırlığının və peşəkarlığının daha da gücləndirilməsi istiqamətində atılmalı olan addımlarla bağlı zəruri tapşırıqlar verilib.

Seçilən
26
7
azerbaijan-news.az

10Mənbələr