“Everton”un baş məşqçisi Devid Moyesin sözlərinə görə, yarımmüdafiəçi Cek Qriliş mövsümün qalan hissəsində meydanlardan kənarda qala bilər.
Publika.az xəbər verir ki, ötən həftə Qrilişə ayağında stress sınığı diaqnozu qoyuldu. Onun təxminən üç ay meydanlardan kənarda qalacağı bildirilirdi.
“Düşünürik ki, əməliyyat olunmalı olacaq, amma bu hələ təsdiqlənməyib. Çox güman ki, o, mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək. Bu, onun, klubun, hamımızın məyusluğudur. O, vacib rol oynayır, əsas fiqurdur, bizə təcrübə qazandırır. Onu üçün darıxacağıq, bizim üçün çox yaxşı şeylər edib”, – Moyes deyib.