AZ

Faktiki hava açıqlandı

BAKI, 31 yanvar. TELEQRAF

Yanvarın 31-i saat 13:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 31-i saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur, bəzi yerlərdə isə cənub-qərb küləyi əsir.

Belə ki, küləyin maksimal sürəti Kəlbəcərdə 20, Lerik, Şamaxı və Qobustanda 19, Yardımlı, Zəngilan və Daşkəsəndə 18, Cəbrayılda 17 m/s-dək güclənir.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Şabran, Yevlax, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Astarada duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Seçilən
27
18
teleqraf.com

10Mənbələr