AZ

Uşaq qidalarında gizli risklər - Ucuz və ya baha olmasından asılı olmayaraq...

Uşaq qidalarının keyfiyyəti ilə bağlı narahatlıqlar uzun illərdir gündəmdədir. Son günlər “Nestlé” şirkətinin körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bəzi məhsulları ehtiyat tədbiri olaraq geri çağırması bu mövzunu yenidən aktuallaşdırıb. Belə ki, Avstriya, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İtaliya, İsveçrə və Birləşmiş Krallıqda “SMA”, “BEBA”, “ALFAMINO”, “Pre NAN” və digər ticarət nişanları altında istehsal olunan məhsulların müəyyən partiyaları dövriyyədən çıxarılıb.

Geri çağırmaya səbəb istehsal prosesi zamanı məhsulların “Bacillus cereus” bakteriyasının ifraz etdiyi “cereulide” toksini ilə çirklənmə riskdir. Bu hadisə fonunda Azərbaycan bazarında satılan uşaq qidalarının təhlükəsizliyi və nəzarət mexanizmləri ilə bağlı suallar da aktuallaşıb.

“2025-ci ildə iki uyğunsuzluq faktı aşkarlanıb”

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, idxal olunan qida məhsulları, o cümlədən uşaq qidaları üzərində risk səviyyəsindən asılı olaraq müəyyən edilmiş dövriliklə fiziki nəzarət həyata keçirilir: “Bu nəzarət zamanı məhsullar laboratoriya tədqiqlərinə cəlb olunur, həmçinin təhlükəsizlik, minimum keyfiyyət göstəriciləri və orqanoleptik xüsusiyyətlər üzrə yoxlanılır”. Qurumun məlumatına görə, 2025-ci ildə uşaq qidaları üzrə ümumilikdə iki uyğunsuzluq faktı aşkarlanıb. Bir halda məhsul partiyası geri qaytarılıb, digər halda isə məhv edilib.

“Geri çağırma hər zaman məhsulun zərərli olması demək deyil”

Seçilən
21
publika.az

1Mənbələr