AZ

“Sənə deyəcək çox sözüm vardı...”

Evdə tək”in baş rol ifaçısı Makoley Kalkin filmdə anası obrazını canlandırmış Ketrin O'Haranın vəfatı ilə bağlı paylaşım edib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, məşhur aktyor kədərini instaqram hesabındakı paylaşımda bölüşüb.

“Ana. Bizim hələ vaxtımız olduğunu düşünürdüm. Daha çoxunu istəyirdim. Sənə deyəcək çox sözüm vardı. Səni sevirəm. Daha sonra görüşənədək”, - Kalkin qeyd edib. 

O, həmçinin paylaşımına O'Hara ilə birgə fotosunu da əlavə edib.

Xatırladaq ki, Ketrin O'Hara 71 yaşında vəfat edib. Onun ölüm səbəbi hələ açıqlanmayıb.

"Cebheinfo.az"

Seçilən
44
3
cebheinfo.az

5Mənbələr