AZ

Bu il ərzində növbəti ürək transplantasiyası əməliyyatı icra ediləcək? - AÇIQLAMA

Bakı.Trend:

Canlı donor orqanlarından transplantasiya Azərbaycanda əvvəllərdə həyata keçirilirdi. Lakin ürək kimi tək və həyati vaciborqanların transplantasiyası yalnız beyin ölümü baş vermişdonorlardan, yəni meyit (kadvavra) donorlarından mümkün olur.

Trend xəbərverir ki, bu fikirləri bu gün “Qafqazda ilk ürək transplantasiyası:Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər”elmi-praktiki dəyirmi masa çərçivəsində Azərbaycan Ürək və DamarCərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayevjurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu proses özlüyündə olduqca mürəkkəb vəçoxşaxəlidir. Burada ilk növbədə möhkəm qanunvericilik bazası,sosial və psixoloji amillər mühüm rol oynayır.

“Bütün bu mərhələlər tamamlandıqdan sonra tibbi və cərrahiproseslər başlayır. Azərbaycan dövləti uzun illərdir ki, buistiqamətdə sistemli şəkildə çalışır. Milli Məclis, SəhiyyəNazirliyi və digər müvafiq dövlət qurumları bu sahədə ciddifəaliyyət göstəriblər. Əlbəttə ki, bu böyük uğur Prezident İlhamƏliyevin səhiyyə strategiyasını uğurla həyata keçirməsinin vəBirinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinəgöstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Məhz bu siyasətinnəticəsi olaraq, 2025-ci ildə azərbaycanlı cərrahlar tərəfindənürək transplantasiyası əməliyyatları uğurla icra olundu”, -professor deyib.

O vurğulayıb ki, bu əməliyyatlar davamlı şəkildəplanlaşdırılır.

“Mərkəzi Klinikada uzun illərdir bu əməliyyatların icrası üçünhazırlıq aparılırdı və artıq bu proses proqram şəklində həyatakeçirilir. Bu, birdəfəlik deyil, davamlı proqram olacaq. HazırdaSəhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrəKoordinasiya Mərkəzi vasitəsilə transplantasiyaya ehtiyacı olanxəstələr rəsmi qeydiyyata alınır və gözləmə siyahısında olanxəstələrimiz var. Lakin bu əməliyyatların həyata keçirilməsi üçünən vacib şərt donorların olmasıdır”, - deyə o əlavə edib.

Seçilən
52
1
az.trend.az

2Mənbələr