AZ

Əbdül Mahmudov səhhətindəki son vəziyyətdən danışdı

BAKI, 31 yanvar. TELEQRAF

Xalq artisti Şeyx Əbdül Mahmudov səhhətindəki son vəziyyətdən danışıb.

Xalq artisti Teleqraf-a bildirib ki, xəstəxanada müalicəsi davam edir.

"Hazırda stasionar müalicə davam edir. Tibbi personal tərəfindən peşəkar səviyyədə xidmət göstərilir. Səhhətimlə bağlı dörd əsas problem mövcuddur və bu səbəbdən müalicə mərhələli şəkildə aparılır. Müalicəyə hazırda mədə ilə bağlı narahatlıqlardan başlanılıb. Sağ tərəfimdə yüngül iflic müşahidə olunur, əl və ayaqlarımın hərəkətində məhdudiyyət var. Orqanizmin bərpasından sonra, inşallah, Türkiyədən həkim dəvət olunması nəzərdə tutulur. Sağlamlığa daim diqqət yetirmək vacibdir və ildə ən azı bir-iki dəfə müalicədən keçmək lazımdır",-deyə kinorejissor əlavə edib.

Qeyd edək ki, Şeyx Əbdül Mahmudov özəl xəstəxanaların birinə yerləşdirilib. Onun 81 yaşı var.

Seçilən
19
1
teleqraf.com

2Mənbələr