Canlı efirdə yaşanan maraqlı anlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, aparıcı Zaur verilişə gecikən müğənni Nəfəsi cəzasız buraxmayıb. O, sənətçini studiyada rəqs etməyə məcbur edərək "cəzalandırıb".
Gözlənilməz qərar qarşısında qalan Nəfəs isə vəziyyətdən ustalıqla çıxıb. Müğənni hind musiqisi sədaları altında rəqsi ilə diqqət çəkib, studiyada əyləncəli anlar yaşanıb. Tamaşaçılar ifanı maraqlı qarşılayıblar.
Verilişdən yayılan görüntülər qısa zamanda sosial mediada paylaşılıb.
Musa
Milli.Az