AZ

İTV-də 1,5 milyon manatlıq qalmaqal: Rəhbərlik niyə susur?..

İctimai Televiziyada (İTV) 1 milyon 500 min manat dövlət vəsaitinin taleyi ilə bağlı ciddi iddialar yayılıb...

İTV əməkdaşları arasında dolaşan məlumatlara görə, qurumun texniki məsələlər üzrə baş direktor köməkçisi Vüqar Dadaşovun bu vəsaiti mənimsəyərək ölkəni tərk etdiyi iddia olunur.

Tendensiya.com xəbər verir ki, məsələ ilə bağlı İTV rəhbərliyi indiyədək heç bir rəsmi açıqlama verməyib. Nə iddialar təkzib edilib, nə də araşdırma aparıldığına dair məlumat açıqlanıb.

Mənbələr bildirir ki, Vüqar Dadaşov baş direktor Balakişi Qasımovun yaxın və güvəndiyi şəxslərindən biri kimi tanınır. Bu isə qurumda vəzifələrin şəxsi münasibətlər əsasında bölüşdürülməsi ilə bağlı sualları artırır.

Əməkdaşların sözlərinə görə, İTV-də uzun müddətdir maliyyə şəffaflığı zəifləyib, maaş və qonorarlarla bağlı narazılıqlar dərinləşib, Yayım Şurasına hesabatlılıq isə faktiki olaraq təmin olunmur.

Qeyd edək ki, İTV-də maliyyə nəzarəti ilə bağlı suallar 2018-ci ildən bu yana vaxtaşırı gündəmə gəlir.

1,5 milyon manatlıq iddia ətrafında susqunluq davam etdikcə, ictimai yayımçının şəffaflığı və dövlət vəsaitlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar daha da artır.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr