Bakı. Trend:
Ucarda polisin həyata keçirdiyi əməliyyat zamanı narkotiklərinqanunsuz dövriyyəsini təşkil edən 46 yaşlı Rüfət İbrahimovsaxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindənməlumat verilib.
Bildirilib ki, həmin şəxsdən psixotrop maddə olan metamfetaminvə 1 ədəd “Kalaşnilov” avtomatı aşkarlanıb.
R.İbrahimov həmin silahı satmaq məqsədi ilə Ucar rayonunagətirdiyini bildirib.
Faktla bağlı Ucar Rayon Polis Şöbəsində cinayət işi başlanıb,saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.