AZ

“Sənə deyəcək çox sözüm vardı...”

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Evdə tək”də baş rolu canlandıran aktyor Makoley Kalkin həmin filmdə anası obrazını ifa edən Ketrin O'Haranın vəfatı barədə paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, məşhur aktyor instaqram hesabında hadisə ilə bağlı paylaşım edərək kədərini bölüşüb.

“Ana. Bizim hələ vaxtımız olduğunu düşünürdüm. Daha çoxunu istəyirdim. Sənə deyəcək çox sözüm vardı. Səni sevirəm. Daha sonra görüşənədək”, - Kalkin qeyd edib. 

O, həmçinin paylaşımına O'Hara ilə birgə fotosunu da əlavə edib.

Xatırladaq ki, Ketrin O'Hara 71 yaşında vəfat edib. Onun ölüm səbəbi hələ açıqlanmayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
3
qafqazinfo.az

5Mənbələr