AZ

Nadir Zeynalov: Transplantasiya əməliyyatlarının sayının artması gözləmə siyahısına təsir etmir

Azərbaycanda transplantasiya əməliyyatlarının sayı artsa da, gözləmə siyahısındakı şəxslərin sayı azalmır.

 

Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada deyib.

 

N.Zeynalov bildirib ki, Azərbaycanda orqan transplantasiyasına tələbat o qədər çoxdur ki, əməliyyatların sayının çoxalması gözləmə siyahasındakı sayı azalda bilmir: “Ümid edirik ki, orqan transplantasiyası üçün donor olmaq istəyənlərin sayı artar və gözləmə siyahısında olan şəxslərə bir ümid olar".

 

Onun sözlərinə görə, gələcəkdə transplantasiya əməliyyatlarına ehtiyac olmaya bilər: “Tibbin inkişafı sayəsində gələcək illərdə transplantasiya əməliyyatlarına ehtiyacın azalması ehtimalı var. Lakin bu, çox uzaq gələcəkdir".

Tarix: 31 Yanvar 2026, 12:14   
Seçilən
58
3
pravda.az

4Mənbələr