AZ

İcra başçısı vəzifəsindən niyə azad olunub? – Qaradağın deputatından AÇIQLAMA

Qaradağ rayonunun deputatı Aydın Hüseynov rayon icra hakimiyyətinin başçısı Süleymanov Mikayılovun vəzifəsindən azad edilməsinə münasibət bildirib.

 

A.Hüseynov Pravda.az-a açıqlamasında deyib ki, icra başçısının vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi Prezidentimizin səlahiyyətləri çərçivəsindədir.

 

Deputat xatırladıb ki, ötən ilin noyabr ayında rayon icra hakimiyyəti başçısının müavini Nadir Muradov və digər vəzifəli şəxslər korrupsiya əməllərinə görə həbs olunub: “Təbii ki, bu, rayonumuz üçün müsbət hal deyil. İcra başçısının fəaliyyətində həm uğurlar, həm də çatışmazlıqlar olub. Ancaq bir daha qeyd edək ki, bunlar cənab Prezidentimizin səlahiyyətləri çərçivəsində olan məsələlərdir. Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi mövcuddur və saxlanılan şəxslərlə bağlı konkret adlar açıqlanmışdı. Hazırda onların fəaliyyəti ilə bağlı istintaq aparılır”.

 

Qeyd: S. Mikayılov 2010-cu ildən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edirdi.

 

Şəhanə Quliyeva

Tarix: 31 Yanvar 2026, 12:12   
Seçilən
32
1
pravda.az

2Mənbələr