ABŞ-ın nüfuzlu məktəblərindən birində qalmaqal yaşanıb.
Publika.az "People"yə istinadən xəbər verir ki, 39 yaşlı müəllim özünün sosial şəbəkədə yeniyetmə kimi təqdim edərək qızlardan açıq-saçıq şəkillər tələb edib.
İlginc hadisə və proses 2022-ci ilin oktyabrı ilə 2024-cü ilin mayı arasında baş verib. Nyu-Yorkdan olan Uinston Nquyen adlı müəllim saxta sosial şəbkə hesabı yaradıb. O, özünü yeniyetmə kimi təqdim edib və Bruklinin özəl məktəbindən olan altı 13 yaşlı şagirdlə yazışıb. O, qızları ona nalayiq şəkillər və videolar göndərməyə məcbur edib. Maraqlıdır ki, müəlim sonra onları işlədiyi məktəbdəki şagirdlərə paylayıb.
Müəllim 2025-ci ilin mart ayında günahını etiraf edib. Federal məhkəmə onu yeddi il həbs cəzasına məhkum edib. Nquyen azadlığa çıxdıqdan sonra da nəzarətdə olacaq, cinsi cinayət törətmiş şəxs kimi qeydiyyatda olacaq.