AZ

İlk ürək transplantasiyası olunan şəxs: Səhhətim yaxşıdır, heç bir problemim yoxdur

“Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və üzərimdə əməyi olan bütün həkimlərə təşəkkür edirəm”.

APA xəbər verir ki, bunu Qafqazda və Azərbaycanda meyit donorundan ilk ürək transplantasiyası olunan şəxs Rəşad Məmmədəliyev “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.

O, hər kəsi donorluqdan faydalanmağa çağırıb: “Əməliyyat uğurla icra edildi, səhhətim yaxşıdır, heç bir problemim yoxdur. Hər kəs donorluqdan rahatlıqla faydalana bilər”.

Seçilən
66
1
apa.az

2Mənbələr