AZ

Evlilik ildönümlərini belə qeyd etdi - VİDEO

Əməkdar artist Manana Çaparidze həyat yoldaşı Georgi ilə bağlı paylaşım edib. 

"Cebheinfo.az" xəbər verir ki, müğənni ailə qurmaqlarının 18 ili tamam olduğunu bildirib. Övladlarının da yer aldığı fotoları yayımlayan Manana bunları yazıb:

"Bu ay, biz, mənim Giorgimlə təkcə toyumuzun 18 ilini yox, bizə uca Allah tərəfindən bəxş edilmiş 18 illik taleyi qeyd edirik. Həyatımızın hər anı, bir-birimizə dayaq olub, bir bütöv olduğumuz və bu böyük xoşbəxtlik üçün Allaha sonsuz şükür edirəm. Valideynlərimizə təşəkkür edirəm ki, onların xeyir-duası ən vacib anda bizim üçün möhkəm dayaq oldu.

Sevgimiz elə bir yuvaya çevrildi ki, orada iki möcüzə dünyaya gəldi, bizim mələklərimiz: Elizabet və David. Onların gözlərində sevgimizin işığını, gülüşlərində isə xoşbəxtliyimizin rənglərini görürük. Qoy, bu yolumuz bundan sonra da sevgi, hörmət, qayğı və işıqlı yol olsun. Qoy, bu yolu həmişə əl-ələ verib gedək, bərəkətli ailə olan, bu gözəl yolu". (Axşam.az)

https://www.instagram.com/reel/DUKrAKVjaXi/?utm_source=ig_web_copy_link

"Cebheinfo.az"

Seçilən
14
cebheinfo.az

1Mənbələr