AZ

"Bütün bunlar ya mənim başıma gəlib, ya da nə vaxtsa gələcək..." - Hekayə müzakirəsi

Bu hekayəni oxuyarkən təkcə bir toy səhnəsinin yox, bütöv bir həyat mərhələsinin hesabatını görürük. Məşhur yazıçı Hüseynbala Mirələmov insanın vəzifə ilə, mövqe ilə, güclə münasibətini incə müşahidə və dərin psixoloji təhlillə təqdim edir. Əsərdə göstərilir ki, insanın ətrafı çox vaxt onun kimliyinə yox, tutduğu kürsüyə bağlı olur və kürsü əldən çıxan kimi “dostluqlar” da səssizcə dağılıb gedir. Bu mənada hekayə tək bir taleyin yox, bütöv bir cəmiyyətin mənəvi portretidir.

Mənim babam, Türk dünyasının böyük yazarıÇingiz Aytmatovun Hüseynbala Mirələmovla yaxın dostluğu da təsadüfi deyildi: onları birləşdirən məhz insan taleyinə, mənəvi dəyərlərə, vicdan məsələsinə eyni həssas yanaşma idi. Mənə xoş olan odur ki, bu hekayədə də Aytmatov yaradıcılığına xas olan universal bir həqiqət açılır: nankorluğun, namərdliyin və yaltaqlığınmilliyyəti olmur. Belə insanlar harada yaşamasından, hansı dili danışmasından asılı olmayaraq, eyni mənəvi boşluğu daşıyırlar.

Əbülfəz müəllim obrazı hekayədə mənəvi dayaq nöqtəsi kimi çıxış edir və oxucuya xatırladır ki, sədaqət və mərdlik vəzifəyə yox, insana bağlı olmalıdır. “Dünya sənin, dünya mənim, dünya heç kimin” ideyası isə əsərin fəlsəfi yekunudur: dünya heç kimə qalmır, amma insanın ləyaqəti və etdiyi yaxşılıq onunla qalır.

Seçilən
5
kulis.az

1Mənbələr