AZ

Olimpiya çempionu sürət həddini aşdığı üçün həbs edildi

BAKI, 31 yanvar. TELEQRAF

2024-cü il Olimpiya və dünya çempionu amerikalı yüngül atlet Şa Karri Riçardson həbs edilib.

Teleqraf GMA nəşrinə istinadən xəbər verir ki, idmançı ABŞ-nin Florida ştatının sürət həddini aşdığı üçün polis tərəfindən saxlanılıb.

Hüquq-mühafizə orqanları Riçardsona məxsus “Aston Martin” markalı avtomobilin saatda 104 mil (təxminən 167 km/saat) sürətlə hərəkət etdiyini qeydə alıblar. Həmin ərazidə icazə verilən sürət həddi 65 mil (təxminən 105 km/saat) olub.

Qeyd edək ki, daha əvvəl Şa Karri Riçardson sevgilisi, sprinter Kristian Koulmana hücum etməkdə ittiham olunaraq saxlanılmışdı. Polis hesabatına əsasən, Riçardson məişət zorakılığının dördüncü dərəcəsi maddəsi ilə həbs edilib.

Seçilən
33
teleqraf.com

1Mənbələr