AZ

Yeni ilin ilk “Ulduzu”u

Ədəbi gənclik jurnalı “Ulduz”un yeni ildə ilk sayı “Ədəbiyyat qəzeti” və Təhsil Nəşriyyatı Poliqrafiya” MMC ilə birgə layihə olan “Birinci Türkoloji Qurultayına həsr olunub.

Jurnal Azər Turanın “Birinci Türkoloji Qurultay – film kimi bir hadisə” yazısı ilə açılır. Dərgidə “Birinci Türkoloji Qurultay” nümayəndələri haqqında ətraflı məlumat verilir. Əli bəy Hüseynzadənin Birinci Türkoloji Qurultayda yazdığı qeydlər yüz ilin o üzündən günümüzə körpü salır.

Elnarə Akimovanın “Yüz ilin ədəbiyyat yolçuları” yazısı Türk dünyasının birliyi uğrunda qüdsal yola çıxan insanların fədakarlığından söz açır. “Ulduz”un bu sayında Aqil Abbasın “Rəmiş” povesti də oxuculara təqdim olunur. “Dərgidə kitab”da Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (3-cü yazı) araşdırması yer alır.

XQ

Seçilən
18
xalqqazeti.az

1Mənbələr