AZ

“Rus ordusu kulminasiyaya yaxınlaşır” “Enerji atəşkəsi göstərdi ki...”

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Vladimir Putinin bir həftəlik enerji atəşkəsilə razılaşması özünə inamı olan hərbi komandirin jesti deyil, ordusu dağılmaq üzrə olan bir liderin manevridir. 

“AzPolitika” xəbər verir ki, "The Telegraph" qəzetində dərc edilən Britaniya nizami ordusunun keçmiş zabiti Hamiş de Breton-Qordonun məqaləsində belə deyilir.

Müəllif Rusiya silahlı qüvvələrinin dərin tənəzzül vəziyyətində olduğunu qeyd edir: “Putin Şimali Koreyadan 15.000 əsgər alıb. Ruslıar Afrikada muzdlu əsgərlər axtarır. Həbsxanalar boşalıb. İndi isə kritik canlı qüvvə çatışmazlığını kompensasiya etmək üçün hətta qolunu, qıçını itirmiş yaralı məhbusların cəbhə xəttinə qaytarıldığı barədə məlumatlar var. Bəzilərinə hətta protezlər də verilməyib və onların döyüşə qoltuqağacı ilə qayıtmaları gözlənilir”.

Breton-Qordonun sözlərinə görə, Rusiya hökumətinin bütün bu hərəkətləri iki vacib şeyi göstərir: 

“1. Rusiya ordusu döyüş effektivliyini itirir. Müstəqil təhlil göstərir ki, Rusiya böyük itkilərə baxmayaraq, Birinci Dünya Müharibəsi səngərlərindəki ordulardan daha yavaş irəliləyir. Son iki ildə Rusiya Ukrayna ərazisinin 1 faizindən bir az çoxunu ələ keçirə bilib, bunun üçün 500.000-dən çox insanı öldürüb və yaralayıb və gündə təxminən 1000 insan itirməyə davam edir. Bu, ən qəddar formada məhvetmə müharibəsidir. Yaralı əsgərlər Ukraynanın sursatının sonda tükənəcəyi ümidi ilə material kimi istifadə olunur. Bu, yalnız biz Qərbdə buna imkan versək, baş verəcək.

2. Bu, Kremlin öz xalqına qarşı tam etinasızlığını nümayiş etdirir. Adi ruslar inflyasiyanın sarsıdıcı təsirindən və faiz dərəcələrinin kəskin şəkildə artmasından əziyyət çəkərkən, Moskva öz xalqına qayğı göstərmək əvəzinə, Kiyevi terror etmək üçün qalan resurslarını da raketlərə və dronlara xərcləyir. Kreml üçün Rusiya ordusu sadəcə top yemidir. Məhbuslar və əcnəbi muzdlu əsgərlər isə ondan da dəyərsizdirlər".

Müəllif vurğulayır ki, bu vəziyyətdə Qərbin dəstəyinin nisbətən kiçik bir artımı belə, demək olar ki, Ukraynanın qələbə qazanmasına imkan verəcək: "Bütün əlamətlər Rusiya ordusunun kulminasiya nöqtəsinə yaxınlaşdığını göstərir. Ukrayna Vaşinqtonu razı salmaq üçün ram edilmiş ayı kimi rəqs etməməli, Moskvanın fantaziyalarına aldanmamalıdır”.

Breton-Qordon sonda yazır ki, Donald Trampın sülhə nail olmaq üçün real şansı var, amma yalnız bu müharibəni bitirə biləcək Putinə və həqiqətən lazım olan yerdə təzyiq göstərməklə.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
azpolitika.info

1Mənbələr