Konqo Demokratik Respublikasının (KDR) şərqində baş verən mədənin çökməsi nəticəsində azı 227 nəfər həlak olub.
7News.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Agentliyin məlumatına görə, hadisə Rubaya şəhəri yaxınlığındakı koltan mineralının çıxarıldığı mədəndə baş verib.
Qeyd olunur ki, istiliyədavamlı metala dünya miqyasında böyük tələbat var. Koltanı mobil telefonlar, kompüterlər və qaz turbinləri istehsalçıları alır.
Mineral, həmçinin elektrikli nəqliyyat vasitələrinin batareyaları və aerokosmik sənayesi üçün komponentlərin istehsalında da istifadə olunur.
KDR ildə təxminən 2 min ton sözügedən mineraldan istehsal edir və dünyada birinci yerdədir.
Yerli rəsmilər ölənlərin dəqiq sayının məlum olmadığını bildiriblər.