La Liqası təmsilçisi "Vilyarreal" ABŞ millisinin müdafiəçisi Aleks Frimanı heyətinə cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
"Sarı sualtı qayıq" 21 yaşlı futbolçu ilə müddəti 2032-ci ilə qədər nəzərdə tutulan müqavilə bağlayıb.
Friman son olaraq ölkəsində "Orlondo Siti"də çıxış edib. O, 2025 mövsümündə 38 oyunda altı qol vurub və altı məhsuldar ötürmə edib. Milli komandada isə 13 oyunda iki qola imza atıb.