AZ

Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır

Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır.

"Report" xəbər verir ki, bunu Sahiyyə Nazirinin müavini Nadir Zeynalov "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, transplantası üçün mövcud olan gözləmə siyahısının və digər xüsusi mexanizmlərin elektron sistem halına gəlməsi üçün müəyyən addımlar atılıb:

"Ölkəmizdə transplantasiyalar sistemləşdirilmiş şəkildə aparılır. Gözləmə siyahısı formalaşdırılır. Xüsusi mexanizmlərdən istifadə edilir. Yaxın qohum olmayanların orqan donoru olması üçün Koordinasiya Mərkəzi fəaliyyət göstərir. Bütün bu sistemin elektronlaşması sahəsində müəyyən işlər görülür. Lakin hələ ki, işlər tamamlanmayıb".

Seçilən
77
3
far.az

4Mənbələr